RU

“Samsung” rəhbərinin 5 illik həbsi tələb edilir

Cənubi Koreyanın Apellyasiya Məhkəməsində prokurorlar “Samsung Electronics” korporasiyasının prezidenti Li Ce Yonu törəmə şirkətlərin birləşməsi zamanı səhmlərlə manipulyasiya və dələduzluqda ittiham edərək cəzalandırılmasını tələb edirlər.

Bu barədə "Reuters" xəbər verir.

Cənubi Koreya prokurorluğu törəmə şirkətlərin mübahisəli birləşməsi ilə bağlı işə apellyasiya qaydasında baxılması çərçivəsində Li Ce Yonun beş il müddətinə həbsini tələb edib. İttiham tərəfinin fikrincə, bu birləşmə Li Yonun korporasiya üzərində nəzarəti gücləndirməsinə kömək edib.

Fevralda Seul Mərkəzi Rayon Məhkəməsi Li Ce Yona mühasibat hesabatları ilə bağlı dələduzluq və səhmlərlə manipulyasiya ittihamlarından bəraət versə də, prokurorluq apellyasiya şikayəti verib.

Prokurorlar bəraət hökmünə yenidən baxılmasında təkid edərək Linin hərəkətlərinin səhmdarlara ziyan vurduğunu və korporativ şəffaflıq qanunlarını pozduğunu bildirirlər.

Qeyd edək ki, Li Ce Yon daha əvvəl də korrupsiya ilə bağlı səs-küylü məhkəmə proseslərinə cəlb olunub, lakin 2022-ci ildə prezident tərəfindən əfv olunması ona “Samsung”a rəhbərliyi davam etdirməyə imkan verib.

"Report"

Избранный
40
4
marja.az

5Источники