RU

2025-ci ildə qeyri-neft sektorunda ÜDM 1,3 dəfə artacaq -Mikayıl Cabbarov

Azərbaycanda iqtisadi artıma yönəlmiş struktur islahatları ardıcıl şəkildə həyata keçirilir.

Fins.az xəbər verir ki, bunu Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir vurğulayıb ki, son illərdə, eləcə də cari ildə Azərbaycan iqtisadiyyatı dayanıqlı inkişafı ilə fərqlənir və ölkənin ixrac imkanları davamlı olaraq genişlənir.

Onun sözlərinə görə, 2025-ci ildə real ümumi daxili məhsulun (ÜDM) 14,4 faiz, qeyri-neft sektorunda isə ÜDM-nin 1,3 dəfə artması gözlənilir.

Mikayıl Cabbarov əlavə edib ki, son illərdə Azərbaycan iqtisadiyyatının neft-qaz sektorundan asılılığı əhəmiyyətli dərəcədə azalıb.

  • 2018-ci ildə neft hasilatı 38,8 milyon ton təşkil edirdi,
  • 2024-cü ildə isə bu göstərici 29,2 milyon ton səviyyəsinə düşüb.

Nazir həmçinin qeyd edib ki, 2014-cü ildə "Brent" markalı neftin orta qiyməti 99 ABŞ dolları idi, lakin 2024-cü ilin dürüstləşdirilmiş büdcəsində neft gəlirlərinin ümumi büdcə gəlirlərində payı 49 faizədək azalıb.

“Bununla yanaşı, müsbət tendensiyalardan biri də inflyasiyanın əhəmiyyətli dərəcədə azalmasıdır,” – deyə Mikayıl Cabbarov əlavə edib.

Избранный
40
fins.az

1Источники