RU

Hava ilə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ: “Bu insanlar üçün təhlükəlidir...” 

Noyabrın sonlarına yaxınlaşsaq da, istər paytaxt Bakıda, istərsə də bölgələrdə qeyri-sabit hava şəraiti hökm sürür. Ya çox isti olur, ya da həddən artıq soyuq.

Bəs bu durum nə zaman stabilləşəcək? Dəyişkən havanın əhaliyə hansı təsirləri var?

Ən popluyar məhsullara 60% endirim olundu QAÇIRMAYIN!

Mövzu ilə bağlı  danışan meteoroloq Cavid Hüseynov ölkə ərazisində hökm sürən hava ilə bağlı açıqlama verib:

“Hazırda payız fəslidir. Hava şəraitinin də tez-tez dəyişməsi, qeyri-sabit keçməsi, bəzi günlərdə soyuq və yağıntılı olması, məhz Payız fəsli üçün xarakterik olan xüsusiyyətlərdəndir.

Sinoptik xəritələrin analizi və meteoradarların peyk görüntülərinə əsasən deyə bilərəm ki, yaxın günlərdə, şimal-qərb istiqamətdən ölkə ərazisinə daxil olacaq hava kütlələrinin termobarik xüsusiyyətlərindən və sinoptik şəraitdən asılı olaraq, noyabr ayının III ongünlüyünün sonunadək hava şəraitinin qeyri-sabit, küləkli, bəzi günlərdə soyuq və yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar və qar yağacağı ehtimal edilir”.

Həkim-allerqoloq Şahvələd Məmmədov isə dəyişkən hava şəraitinin insanların səhhətinə təsiri barədə danışıb:

“Təbii ki, bu anormallıq əhaliyə təsir edir. İlk növbədə bu durum meteohəssas insanlar üçün təhlükəlidir. Bundan əlavə, ürək-damar xəstələri, təzyiqdən əziyyət çəkən şəxslər üçün də müəyyən risklər var və problemlər yarana bilər.

Anidən havanın kəskin dərəcədə soyuması və istiləşməsi müşahidə olunmadığını nəzərə alsaq, belə qeyri-sabit hava durumu bir o qədər də riskli hesab olunmur. Anidən havanın isinməsi isə noyabr üçün gözlənilən hava şəraiti deyil, bir neçə gün üçün keçərli idi”.////yenisabah.az


Избранный
19
referans.az

1Источники