Müəllif:Ayşən İmanova/Banco.az
Çinin “Huawei” şirkəti “HarmonyOS Next” əməliyyat sistemində “Mate 70” smartfonlarının satışına başlayacaq.
Banco.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, bu, şirkətin tamamilə Çin əməliyyat sistemində ilk flaqman smartfonudur.
2019-cu ildə ABŞ-nin sanksiyaları səbəbindən “Huawei” “Google”un mobil xidmətlərinə çıxışını itirdi və cihaz istifadəçilərinin Android proqramlarını işlədə bilməsi üçün açıq mənbəli Android kodu əsasında “HarmonyOS”i istifadəyə verdi.