RU

Rusiya Odessanın mərkəzinə hücum edib - FOTO

Rusiya Ukraynanın Odessa şəhərinin mərkəzinə raket zərbəsi endirib. Hücum nəticəsində yaralananlar var.

Qaziler.az RBC-Ukrayna-ya istinadən xəbər verir ki, bunu Odessa hərbi administrasiyasının rəhbəri Oleq Kiper deyib.

"Rusiya terrorçuları Odessanın mərkəzinə raket hücumu həyata keçiriblər. Xəsarət alanlar var", - o deyib.

Bununla belə, Kuper alanların sayını dəqiqləşdirməyib.

Bundan başqa, Rusiyanın raket hücumu nəticəsində Odessanın mülki infrastrukturuna, o cümlədən yaşayış binalarına ziyan dəyib.

QAZİLER.AZ

Избранный
25
qaziler.az

1Источники