RU

“BilBacar” müsabiqəsinin noyabr ayı üzrə “Yarış” mərhələsinə start verilib

25 noyabr 2024-cü il tarixdən etibarən “BilBacar” müsabiqəsinin noyabr ayı üzrə “Yarış” mərhələsinə başlanılıb. 

TƏHSİL.BİZ xəbər verir ki, şagirdlər növbəti on gün ərzində məktəb koordinatorunun nəzarəti altında yarışda iştirak edə bilərlər. 

Müsabiqənin onlayn mərhələsini hər sinif üzrə uğurla tamamlayan ilk 150 şagird 2025-ci ilin iyun ayında keçiriləcək canlı final mərhələsinə dəvət alacaq. Final mərhələsinə vəsiqə qazanan şagirdlər arasından hər sinif üzrə 3 nəfər I, 6 nəfər II və 9 nəfər III yerin qalibi təyin olunacaq.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən müsabiqənin məqsədi şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etməkdir.

Избранный
32
tehsil.biz

1Источники