Əsas
kapitala yönəldilmiş investisiyaların hesabatlılılıığının təkmilləşməsinə
ehtiyac var. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesabalama Palatasının sədri Vüqar Gülməmmədov deyib.
"Dövlət büdcəsinin investisiya xərclərinin statistik hesabatlardakı
durumu müqayisə etmişik. Təhlil əhəmiyyətli fərqlərin olduğunu göstərir. Fərqlərin
səbəblərini araşdırmağa çalışmışıq. Fərqlərin bir hissəsi metoloji yanaşmalarla
bağlı olsa da, digər hissəsi bəzi qurumların statistik hesabatların təqdimetmə
intizamındakı problemlərdən irəli gəlir. Qeyd olunan hallar ölkənin
makroiqtisadi göstəricilərinə dolğunluğuna təsir edə bilər", - sədr bildirib.
Hazırda Milli Məclisdə hökumət üzvlərinin iştirakı ilə gələn ilin büdcəsi müzakirə edilir.
Gülnar Nazimqızı
www.anews.az