RU

Nazirlik Boradigah sakinlərinə müsbət cavab verib

Nazirlik

Elm və Təhsil Nazirliyi Masallı rayonunun Boradigah qəsəbəsindən olan bir qrup sakinin Nizami Gəncəvi adına 1 saylı orta məktəbin qəzalı vəziyyətdə olmasıyla bağlı Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Elm və təhsil naziri Emin Əmrullayevə ünvanladığı müraciətə cavab verib.

Reyting.az
-ın məlumatına görə, nazirlik müraciətə cavabında bildirir ki, 2020-2021-ci illərdə Masallı rayonu Nizami Gəncəvi adına Boradigah qəsəbə 1 saylı tam orta məktəbin idman və akt zalının (əlavə korpusda) dam örtüyünün əsaslı təmirinin aparılması üçün söküntü işlərinə başlanılan zaman binanın yükdaşıma gücünün zəif olduğu aşkarlanaraq işlər dayandırılıb. Bununla bağlı binanın (hər iki korpus) müayinəsi üçün müvafiq qurumlara müraciət olunub və məktəb binasının qəzalı olduğuna dair müvafiq rəy verilib. Rəyə uyğun olaraq məktəb binasının sökülərək yeni binanın tikintisi məqsədəuyğun hesab edilib. Hazırda 624 şagird yerlik tam orta məktəbin layihələndirməsi başa çatıb.

Təhsil müəssisəsinin tikintisi məsələsinə növbəti illərin dövlət investisiya proqramı çərçivəsində baxılacaq.

Qeyd edək ki, Boradigah sakinlərinin müraciəti “Reytinq” Onlayn Qəzetində paylaşılıb: My Webpage
Избранный
12
reyting.az

1Источники