RU

Fransa səfiri niyə məhz indi təxribata əl atdı?  

“Fransanın Ermənistandakı səfiri Olivye Dekottinin İran ərazisində Qərbi Azərbaycan vilayətinin xəritəsini “Tək və yeganə” sözləri ilə paylaşması Bakıya qarşı təxribatdır”.

Musavat.com bildirir ki, bu fikri politoloq Asif Nərimanlı sosial şəbəkədə yazıb.

Politoloq qeyd edib ki, Makron administrasiyasının Azərbaycana qarşı fəaliyyəti fonunda onun İrəvandakı səfirinin bu təxribatı o qədər də təəccüblü deyil.

“Maraqlıdır: fransalı səfir niyə indi belə bir paylaşım edib? Paşinyan bir neçə gün öncə ölkəsinin İctimai Televiziyasına müsahibəsində Qərbi Azərbaycanı ermənilərin “Qərbi Ermənistan” iddiası ilə eyniləşdirməyə çalışdı. Ki, bunun siyasi və hüquqi məntiqi yoxdur: azərbaycanlıların öz yurduna qayıdışı beynəlxalq hüquqda qaçqın təsnifatına uyğundur, ermənilərin “Qərbi Ermənistan” iddiası isə birbaşa ərazi iddiasıdır; erməni baş nazirin apardığı paralellik azərbaycanlıların qayıdış hüququnu “ərazi iddiası” kimi təqdim etmək, erməniləri isə ərazi iddialarından imtina etməyə sövq etmək məqsədi daşıyır;

Nikol Paşinyanın bu mövqeyi Ermənistanda ciddi müzakirələrə səbəb oldu və əleyhdarlarına “Paşinyan rəsmi Bakının Qərbi Azərbaycan konsepsiyasını legitimləşdirir” ittihamı irəli sürmək imkanı yaratdı. Bu kontekstdə Dekottinin Qərbi Azərbaycan iddiası sıradan təxribat deyil. İstisna deyil ki, Makron səfiri üzərindən Paşinyanın opponentlərinə - müxalifətə “göz vurur”, eyni zamanda, erməni baş nazir Qərbi Azərbaycan konsepsiyasına qarşı olduğunun mesajını çatdırır”.

Xalidə Gəray
Musavat.com

Избранный
4
musavat.com

1Источники