RU

Rumıniyada rusiyayönlü namizəd seçkiləri udur – İlk turda Kalin Corcesku irəlidədir

Rumıniyada keçirilən prezident seçkisinin ilkin nəticələrinə görə rusiyayönlü namizəd irəlidədir. Seçki məntəqələrinin 99 faizinin nəticələrinə görə NATO əleyhinə bəyanatları ilə tanınan Kalin Corcesku səslərin 22.65 faizini, avropayönlü hazırkı Baş nazir Marçel Çiolaku isə 19.45 faizini toplayıb.

Yekun nəticələr necə olsa da, seçkilər qatı sağçılar üçün uğurlu sayılır.

Namizədlərdən heç biri 50 faizlik həddi keçə bilməsə, dekabrın 8-də ilk iki yeri tutan namizəd arasında ikinci tur keçiriləcək. Bu tur parlament seçkilərindən bir həftə sonra gerçəkləşəcək.

Ölkə seçki komissiyasının bilgisinə görə, səsverməyə 9 milyon 440 min şəxs, yəni seçicilərin 52 faizdən çoxu qatılıb.

Yerli medianın ruspərəstlikdə suçladığı 62 yaşlı Corceskunun fikrincə, əldə etdiyi nəticə Ruminiyanın gerçək qələbəsidir. "Sistemin zəngin nümayəndələri yoxsullaşdı, yoxsul rumınlarsa ən zənginə çevrildilər. Bu, şüurun heyrətamiz oyanışıdır", – o, TikTok sosial şəbəkəsindəki paylaşımında belə deyib.

Buxarest Təhlil Mərkəzinin direktoru Oana Popesku-Zamfir bildirib ki, səsvermə NATO və Avropa İttifaqı üçün çox önəmlidir: "Regional qeyri-sabitlik və savaş qorxusu da təlaşlandırır. Seçicilər namizədlərin Ukrayna, Rusiya və Trampla bağlı mövqeyindən, onların Avro-Atlantik yönümündən rahatsızdır".

“AzPolitika.info”

Избранный
12
azpolitika.info

1Источники