RU

Azərbaycanda ilk dəfə "yaşıl büdcə"nin xərcləri açıqlanıb

Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizə və ətraf mühitin mühafizəsi istiqamətində büdcə islahatlarına başlanılıb...

"Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

"Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı sektoru, ekoloji profilli məqsədli büdcə fondları və "2022-26-cı illər üçün sosial-iqtisadi inkişaf strategiyası" çərçivəsində "yaşıl büdcə" üzrə xərclərin işarələnməsinə başlanılıb. 2025-ci ildə bu istiqamət üzrə 1,3 milyard manat vəsaitin 1 milyard manatı iqlim dəyişiklikləri üzrə adaptasiya və mitiqasiya tədbirlərinə, 300 milyon manatı isə ətraf mühitin mühafizəsi tədbirlərinə yönəldiləcək", - S.Şərifov bildirib.

Milli Məclisdə müzakirə olunan layihəyə əsasən, 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 316 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3% çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1% çox) olacağı gözlənilir.

Poliqon.info

Избранный
16
20
poliqon.info

10Источники