Azərbaycan badmintonçuları Botsvanada keçirilən “Future” seriyalı “Botswana International 2024” turnirində 6 medal qazanıblar.
Azərbaycan Badminton Federasiyasından Msport.az-a verilən məlumata görə, kişilərin şəxsi yarışında Diki Pangestu, qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu, qarışıq qoşa kateqoriyasında isə Aqil Qəbilov-Era Maftuha tandemi Afrika və Avropa ölkələrinin təmsilçilərinin iştirak etdiyi beynəlxalq turnirdə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qarışıq qoşa kateqoriyasında daha bir medalı Cahid Əlhəsənov-Həcər Nuriyeva cütü qazanıb. Yarımfinala kimi irəliləyən badmintonçular üçüncü yeri tutublar. Həcər Nuriyeva və Era Maftuha isə qadınların şəxsi yarışında bürünc mükafata layiq görülüblər.