RU

Qarabağ Peşə Hazırlığı Mərkəzinə bu il 600 nəfər cəlb olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Qarabağ Peşə Hazırlığı Mərkəzi tərəfindən 2024-cü ilin ötən dövrü ərzində ümumilikdə 600 nəfər peşə hazırlığı kurslarına cəlb olunub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən xəbər verilib.

Bildirilib ki, onlardan 272 nəfəri işğaldan azad olunmuş ərazilərin sakinləridir.

Kurslar kompüter operatoru, ərzaq və qeyri-ərzaq malları satıcısı, nəzarətçi-xəzinədar, tikiş avadanlıqlarının operatoru, tikişçi, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, genişprofilli dəzgahçı, həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi və digər peşələri əhatə edir.

Qeyd edilib ki, hazırda Mərkəzdə 110 nəfərin peşə tədrisi davam edir. Kursu uğurla bitirən şəxslərin işlə təminatına da dəstək göstərilir.

Избранный
25
12
azpost.info

10Источники