RU

Silk Way Alat Free Economic Zone şirkəti və Modern Construction Group əlamətdar saziş imzalayıb

SW AFEZCO və Modern Construction Group arasında mühüm layihələndirmə və tikinti saziş imzalanıb. Razılaşma Silk Way Cargo Village karqo kəndinin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Müasir tələblərə cavab verən bu layihə Azərbaycanın logistika və yükdaşımalar üzrə qlobal mərkəzə çevrilmək öhdəliyini vurğulamaqla Ələt Azad İqtisadi Zonasında həyata keçiriləcək.

Modern Construction Group Silk Way Cargo Village karqo kəndinin bir hissəsi kimi üç əsas obyektin layihələndirilməsi və tikintisini həyata keçirəcək: yük terminalı, Silk Way ofis binası və ekspeditorların birgə istifadəsi üçün nəzərdə tutulmuş ərazi. Saziş bu obyektlərin yaşıl və dayanıqlı infrastrukturun beynəlxalq standartlarına uyğun şəkildə inşa edilməsini təmin edir.

Layihə SW AFEZCO-nun aviasiya və logistika sahələrində innovativ və effektiv həlləri təşviq etməyə, dayanıqlı inkişafı dəstəkləməyə və regionlar arasında əlaqələri möhkəmləndirməyə yönəlmiş səylərini əks etdirir.

"Bu razılaşma Azərbaycanın aparıcı qlobal logistika mərkəzi kimi mövqeyini möhkəmləndirməsi istiqamətində dönüş nöqtəsi hesab oluna bilər," - deyə SW AFEZCO-nun baş direktoru Cavad Dbila qeyd edib. "Tam avtomatlaşdırılmış 30000 m2 sahəli Xəzər dənizi regionunun ən böyük yük terminalı dayanıqlı inşaat sahəsində yeni standartlar müəyyən edəcək və Avropa ilə Asiya arasındakı ticarət əlaqələrini gücləndirərək Azərbaycanın qlobal logistika şəbəkəsindəki strateji mövqeyini təsdiq edəcək".  

Öz növbəsində, Modern Construction Group-un direktoru Arif Quliyev Silk Way AFEZCO ilə bu əhəmiyyətli layihədə əməkdaşlığı böyük şərəf adlandırıb: "Mürəkkəb infrastruktur layihələrinin icrasındakı təcrübəmiz Silk Way Cargo Village karqo kəndinin Azərbaycanın logistika ekosisteminin əsas elementi olmasını təmin edəcək".

Layihənin 2026-cı ilin iyul ayına qədər tamamlanması planlaşdırılır və bu, beynəlxalq ticarət əlaqələrinin inkişafında AFEZ-in strateji əhəmiyyətini daha da artıracaq.

Silk Way Alat Free Economic Zone şirkəti haqqında

Silk Way Alat Free Economic Zone şirkəti Silk Way Group-a aid müstəqil bir qurumdur və Ələt Azad İqtisadi Zonasında dayanıqlı aviasiya və logistika infrastrukturunu inkişaf etdirir. Şirkət yaşıl hava limanı və karqo kəndi kimi transformativ layihələri idarə etmək üçün təsis edilib. SW AFEZCO qabaqcıl dayanıqlı texnologiyaları və innovativ logistika həllərini inteqrasiya edərək Azərbaycanın aparıcı tranzit mərkəzi statusunu möhkəmləndirir. Şirkətin təşəbbüsləri milli və beynəlxalq standartlara uyğundur, həmçinin iqtisadi inkişafı və ekoloji məsuliyyəti təşviq edir.

Modern Construction Group haqqında

MCG, yerli və beynəlxalq bazarlarda təxminən 30 illik təcrübəyə malik olan bir şirkətdir və dünyanın ən yüksək standartlarına cavab verən 100-dən artıq layihəni uğurla tamamlamışdır. Şirkətin peşəkar mütəxəssislərdən ibarət komandası geniş sahələr üzrə tam inteqrasiya olunmuş layihələndirmə və tikinti xidmətləri təqdim edir. Strateji planlaşdırmadan və memarlıqdan tutmuş mühəndislik, sənaye və mülki tikinti sahələrinə qədər MCG hər ölçüdə layihələrə uyğunlaşdırılmış kompleks həllər təklif edir.

MCG qabaqcıl tikinti idarəetmə üsullarını, müasir texnologiyaları, innovativ yanaşmaları və yüksək ixtisaslı mütəxəssislərinin təcrübəsini tətbiq edərək layihələri vaxtında və büdcəyə uyğun şəkildə tamamlayır. Şirkətin portfeli BP, Tecnimont, Técnicas Reunidas, SOCAR, Halliburton, Schlumberger, AZANS, Israel Shipyards, AZFEN və Saipem kimi dünyanın aparıcı təşkilatları ilə əməkdaşlıqları əhatə edir. MCG təcrübə, innovasiya və mükəmməlliyin birləşməsinin təcəssümüdür və bu, komandaya ən mürəkkəb layihələri belə dəqiqliklə və yüksək keyfiyyətlə həyata keçirməyə imkan yaradır.

Избранный
3
3
milli.az

4Источники