RU

Keçmiş zabitə HÖKM OXUNDU - 9 milyon...

Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Rafiq Abbasovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən Rəşad Məlikzadə 10 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.

    Bundan başqa, onun üzərinə həbs qoyulmuş 2 milyon manata yaxın qiymətləndirilən əmlakı dövlətə dəymiş ziyanın bir qisminin əvəzi olaraq müsadirə edilib.

    Qeyd edək ki, Rəşad Məlikzadə 26 sentyabr 2022-ci il tarixdə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb, barəsində Bakı Hərbi məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Rəşad Məlikzadə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
R.Məlikzadə 9.369.411,09 manat pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Bu məbləğdən 848.000 manatını dövlət büdcəsinə ödəyib.

    Избранный
    7
    9
    bakivaxti.az

    10Источники