2023-cü ildən bəri Füzulinin 11 qəsəbəsində içməli su yoxdur. Bunu deputat Vüqar Bayramov deyib.
"11 qayıdış qəsəbəsi 2023-cü il qurulub. Həmin qəsəbələrdə 10 min nəfər adam yaşayır. Prezidentin və birinci xanımın diqqətini hər zaman görürürük. Bununla yanaşı 11 qəsəbədə uzun müddətdir içməli su yoxdur. Növbəti ilin büdcəsində həmin ərazidə içməli suyun qurulmasına ehtiyac var", - deputat deputat noyabrın 25-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Gülnar Nazimqızı
Gülnar Nazimqızı
www.anews.az