RU

Böyük Britaniyadan Rusiyaya qarşı yeni SANKSİYA

Böyük Britaniya "Alfastraxovaniye", "Sığorta evi VSK" və 30 Rusiya neft tankerinə qarşı məhdudiyyətlər tətbiq edib.

Musavat.com xəbər verir ki, Britaniya Xarici İşlər Nazirliyinin yayımladığı yenilənmiş “qara siyahı”ya əsasən, bu sanksiyalar Rusiya hökumətinə strateji dəstək verdikləri iddia edilən şirkətlər və Ukraynanın ərazi bütövlüyünü pozmaqda iştirak etdiyi düşünülən gəmilərə qarşı yönəlib.

Hökumət açıqlamasında bildirilib ki, adıçəkilən şirkətlər Rusiya hökumətinin strateji sektorlarında fəaliyyət göstərərək ondan faydalanır. Sanksiya tətbiq edilən gəmilərin isə Rusiyadan üçüncü ölkələrə neft və neft məhsulları daşıdığı qeyd olunub.

Bu qərar Ukraynada müharibənin təsirlərini zəiflətmək və Rusiyaya qarşı iqtisadi təzyiqi artırmaq məqsədi daşıyır.

Избранный
28
musavat.com

1Источники