RU

Vüqar Bayramov: "Büdcə zərfində fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı"

Vüqar

"Büdcə zərfində fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı".

Reyting.az
xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin bu gün keçirilən plenar iclasında – “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Gələn ilin büdcəsi iqtisadi və fiskal hədəflərə uyğun olaraq formalaşmış sənəddir. Büdcədən ayrılan hər 100 manatın 41 manatı sosial istiqamətə yönəldiləcək. Büdcə gəlirlərinin strukturu bir daha təsdiq edir ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatında, büdcə gəlirlərinin formalaşmasında qeyri-resurs sektoru, yəni qeyri-resurs gəlirləri əsas rol oynayacaq, gəlirlərin 51 %-i qeyri-neft-qaz sektorunun payına düşəcək”, - o vurğulayıb.

Deputatın sözlərinə görə, büdcə zərfində qlobal və regional risklər qeyd olunur: “Eyni zamanda fiskal risklərin qeyd edilməsi məqsədəuyğun olardı. Çünki fiskal risklərin öncədən qiymətləndirilməsi və büdcə zərfində öz əksini tapması, preventiv tədbirlərin həyata keçirilməsi baxımından vacibdir”(Report).
Избранный
16
1
reyting.az

2Источники