RU

"Paşinyanın Qərbi Azərbaycan və "Qərbi Ermənistan" arasında paralel aparmaq cəhdi sülh prosesinə zidd addımdır" - DEPUTAT

"Paşinyanın Qərbi Azərbaycan və "Qərbi Ermənistan" arasında paralel aparmaq cəhdi – beynəlxalq hüquqa və sülh prosesinə zidd addımdır".

Bunu Sonxeber.az-a danışan deputat Mahir Süleymanlı bildirib.

Deputat qeyd edib ki, 23 noyabr 2024-cü ildə Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu bəyanat yayaraq, Nikol Paşinyanın Qərbi Azərbaycan məsələsi ilə "Qərbi Ermənistan" anlayışı arasında paralellik aparmaq cəhdini pisləyib:

"Bəyanatda qeyd olunub ki, Qərbi Azərbaycan məsələsi etnik təmizləməyə məruz qalmış azərbaycanlıların tarixi torpaqlarına dinc və təhlükəsiz qayıdışını hədəfləyir. "Qərbi Ermənistan" isə Ermənistanın ərazi iddialarını ifadə edir.
Qərbi Azərbaycan XX əsrin müxtəlif dövrlərində erməni hakimiyyəti tərəfindən azərbaycanlıların məcburi köçürülməsi ilə etnik təmizləməyə məruz qalıb. Bu məsələ beynəlxalq hüququn məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin edən prinsiplərinə əsaslanır.

Ermənistan hökumətinin "Qərbi Ermənistan" ifadəsi ilə bu məsələyə paralellik aparması, əslində, regionda etimad və sülhün təmin olunmasına zidd olan təxribat xarakteri daşıyır.

Təşəbbüs Qrupu bildirib ki, Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə beynəlxalq hüquqa əsaslanan dialoq təklif etsə də, bu çağırışlar cavabsız qalıb. Əksinə, Ermənistan İcmanın hüquqi fəaliyyətini təhrif edərək, onu ərazi bütövlüyünə təhdid kimi təqdim edib".

Baş nazir Nikol Paşinyanın "mifik Ermənistandan real Ermənistana keçmək" ifadəsi nəzəri olaraq müsbət addım kimi görünsə də, bu, Qərbi azərbaycanlıların hüquqları hesabına baş verməməlidir:

Eyni zamanda, Ermənistan hökumətinə militarizasiya siyasətinə son qoymaq və regional gərginliyi artıran ritorikadan çəkinmək çağırışı edilib. Qərbi Azərbaycan məsələsinin həlli, məcburi köçkünlərin hüquqlarının bərpası və Ermənistanın təxribatçı ərazi iddialarından imtinası ilə mümkündür. Yalnız qarşılıqlı hörmətə və beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan həll regionda davamlı sülhə nail olunmasına xidmət edə bilər".

Избранный
7
2
sabahinfo.az

3Источники