RU

"Vavailon" "Kubinka"da sakinlərin evini başına uçurur - FOTO


Nəsimi rayonunda, “Kubinka” adlanan ərazidə yerli sakinlərlə “Vialon” MMC-nin rəhbərliyi arasında qarşıdurma yaşandığı barədə xəbər vermişdik.

Yazıda qeyd olunurdu ki, buna səbəb şirkətin ərazidə bəzi evləri alaraq, söküntü işləri aparmasıdır. Sakinlərin bir qismi verilən məbləğın həddən artıq az olduğunu əsas gətirərək, evlərini satmaqdan imtina ediblər. Şirkət isə onları evlərindən zorla çıxarmaq istəyir.

Cəlil Məmmədquluzadə, dalan 2, ev 6 ünvanında yaşayan Yurşimova Milka Lələ qızının Bakupost.az -a bildirdiyinə görə, “Vialon” MMC-nin işçiləri onları evlərindən çıxarmaq üçün vaxtaşırı müxtəlif təzyiqlər edir, yaxınlıqdakı binlarda söküntü işləri aparırlar:

"Bu gün isə ekskavatorla qonşu bunanı dağıtdılar. Qəsdən mənim evimə də ziyan vurdular. Evin divarı hər yerdən çat verib. Biz içində ola-ola evi başımıza yıxmaq istəyirlər. İndi divarı çatlamış evdə neçə yaşayaq. Hər an divar üzərimizə aşa bilər. Evdə xəstə uşaqğım var. Hara şikayət ediriksə, baxan yoxdur, aylarla bizi süründürürlər".

Qeyd edək ki, Milka Yurşimova ərazidə ekskavatorun işləməsi zamanı yaşadığı evin divarında iri çatlar əmələ gəlməsini əks etdirən görüntüləri də redaksiyamıza təqdim edib.

Məsələ ilə bağlı “Vialon” MMC-nin nümayəndəsi Ramil Qasımovla da əlaqə saxladıq. O, jurnalist olduğumuzu öyrənincə, dəstəyi asdı və bir daha zənglərimizə cavab vermədi.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinə də müraciət etdik. Təəssüf ki, mətbuat xidməti suallarımza cavab vermədi.

Mövzunu diqqətdə saxlayacağıq.

Rəhman Mirzəlizadə, Bakupost


Избранный
22
bakupost.az

1Источники