RU

İtaliyadan təqdirəlayiq addım: Müharibənin sona…

Roma Ukraynada müharibəsinin sona çatması üçün beynəlxalq konfrans təşkil etmək istəyir. 

“Cebheinfo.az” TASS informasiya agentliyinə istinadən xəbər verir ki, İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani “Corriere della sera” qəzetinə müsahibəsində bu barədə ətraflı danışıb. 

A.Tajani bildirib ki, Roma gəlin ilin yanvarında formallaşacaq Tram administrasiyası ilə Rusiyanın iştirakı ilə Ukrayna üzrə beynəlxalq konfrans təşkil etmək niyyətindədir.

"Biz sülh konfransının mümkün qədər tez, Rusiya və ABŞ-ın iştirakı ilə çağırılmasını təmin etməliyik. Biz bunun üzərində Tramp administrasiyası ilə işləməyi planlaşdırırıq", - deyə nazir bildirib. 

Qeyd edək ki, Ukraynanın xarici işlər naziri Andrey Sibiqa İtaliyanın G7 qrupuna  sədrliyinin başa çatması münasibətilə noyabrın 26-da keçiriləcək qrupun xarici işlər nazirlərinin iclasında iştirak etməyə hazırlaşır.

Избранный
26
cebheinfo.az

1Источники