RU

Ərdoğan qadına şiddətə görə film sektoruna xəbərdarıq etdi

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan Beynəlxalq Qadınlara Qarşı Zorakılıqla Mübarizə Günü Proqramındakı çıxışı ilə gündəm olub.
 
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, qadınlara qarşı zorakılığı insanlığa xəyanət adlandırıb.
 
\"Qadına qarşı zorakılıq edənlər layiq olduqları cəzanı almalıdırlar. Çünki qadınlara qarşı zorakılıq, bütün insanlığa xəyanətdir. İnsanları yaşadan müqavilələr deyil, qanunlar. Kino və serial sektoru özünə çəki-düzən verməlidir. Çünki qadına şiddət orada normal bir şeymiş kimi göstərilir\" deyə Türkiyə prezidenti çıxışında bildirib.
 
Qeyd edək ki, BMT Baş Assambleyası 1999-cu ildə 25 noyabrı Qadın Zorakılığına Qarşı Mübarizə Günü elan edib. Qadın Zorakılığına Qarşı Mübarizə Gününün məhz 25 noyabrda qeyd edilməsi təsadüfi deyil. Bu, 1961-ci ildə Dominikan Respublikasında baş verən prezident Rafael Truxilonun əmri ilə siyasi fəallardan olan 3 tibb bacısı vəhşicəsinə öldürülməsi ilə bağlıdır. Qadınların zorakılığa qarşı mübarizə simvolları isə ağ lentdir.
 
Aysel
Избранный
18
azxeber.com

1Источники