RU

Razılaşma təsdiqləndi: 2 gün sonra dünyaya elan edəcəklər

İsrail mətbuatı baş nazir Benyamin Netanyahunun Livanda Hizbullah ilə atəşkəs razılaşmasını təsdiqlədiyini bildirib. İddiaya görə, razılaşma 2 gün ərzində elan ediləcək.

Publika.az xəbər verir ki, bu barədə İsrail dövlət televiziyası “KAN” məlumat verib.

Xəbərdə Netanyahu və bir çox nazirin dünən axşam təşkil etdikləri iclasda Netanyahunun Livanda atəşkəs razılaşması təklifini bəyəndiyi bildirilib.

Danışıqlarda İsrail ordusunun Suriya-Livan sərhəd xəttində sərbəst hərəkət etməsinə dair müzakirələr aparıldığı, razılaşmanın pozulacağı təqdirdə İsrailin sərhəddə sərbəst hərəkəti ilə bağlı ABŞ-dan təminat aldığı bildirilib.

Bundan əlavə, adı açıqlanmayan İsrail mənbələrinə əsaslanan xəbərdə iki gün ərzində atəşkəsin elan edilməsinin gözlənildiyi bildirilib. Mənbələr “Livanla müqavilə imzalanıb və Netanyahu hazırda bunu ictimaiyyətə necə izah etmək üzərində işləyir” deyib.

Избранный
17
22
publika.az

10Источники