Azərbaycan milli komandasının sabiq forvardı Branimir Subaşiç apasport.az saytına açıqlama verib.
Millimizin serbiyaəsilli keçmiş hücumçusu yığma komandamızın hazırkı durumunu şərh edib:
“Əlbəttə ki, Azərbaycan millisinin İsveç yığmasına 0:6 hesablı məğlubiyyəti və D qrupuna düşməsi, heç də yaxşı hal deyil. Çox üzücü məqamdır. Futbolçuların hansı hissləri keçirdiyini başa düşürəm. Mən də futbolçu olmuşam və millidə bütün ürəyimlə oynamışam. Təbii ki, istənilən nəticə baş verə bilər, çünki futboldur. Sadəcə Millətlər Liqasının bu mövsümü Azərbaycan üçün heç cürə yaxşı alınmadı. Elə ilk oyundan başladı hər şey. İsveçlə görüşdən nəticə ilə ayrılmaq mümkün idi. Amma məlum penalti... Yəni o görüşdə qələbə olsaydı, indi başqa şeylər haqda danışardıq. Artıq bunlar geridə qaldı. Qarşıda bizi növbəti oyunlar gözləyir. Həm seçmə mərhələ matçları, həm də D liqasının görüşləri.
Təbii ki, D liqasında da aşkar zəif yoxdur. İndi onsuz da hamı futbol oynamağı bacarır. Nə deyim? Ümidvaram ki, Azərbaycan millisi D liqasında uğurlu çıxış edərək, C liqasına qayıdacaq. Azərbaycanda futbolçular da var, futbol da var. Ona görə bu cür nəticələr adam çox üzülür. Ümidvaram ki, hər şey yaxşı alınacaq”.
“Sabah” Renduliçi göndərdi - Rəsmi
Azərbaycan-Rusiya matçı üçün millimizin heyəti açıqlanıb
Millimizin heyətində dəyişiklik edilib
Berdıyev "Turan"dan gedir?
"Lion"nun Bakıdakı açıq məşqinin vaxtı müəyyənləşib