RU

Qalant BMC orderinə baxmayaraq, ABŞ-yə SƏFƏR EDƏCƏK

Qalant BMC orderinə baxmayaraq, ABŞ-a səfər etməyi planlaşdırır/

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” məlumat yayıb.

İsrailin keçmiş müdafiə naziri Qalant gələn həftə Ağ Ev və Dövlət Departamentinin nümayəndələri ilə bir sıra işgüzar görüşlər keçirmək üçün Vaşinqtona səfər etməyi planlaşdırır.

Bu, Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) onun və İsrailin baş naziri Netanyahu haqqında həbs qərarı çıxarmasından sonra Qalantın xaricə ilk səfəri olacaq.

Bundan əlavə, bu, Netanyahunun ofisdən getməzdən əvvəl ABŞ-yə səfərinə qadağa qoymasından sonra onun ilk səfəridir.

Xatırladaq ki, noyabrın 21-də Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahu və keçmiş müdafiə naziri Qalantın, həmçinin HƏMAS-ın hərbi qanadının qurucularından biri Deyfin həbsinə order verib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
33
interpress.az

1Источники