RU

Dövlət Gömrük Komitəsi məlumat yaydı

Son günlər Azərbaycan-Türkiyə dövlət sərhədində qonşu ölkəyə gedən yük nəqliyyat vasitələrinin sıxlığı yaranıb.

Daxil olan məlumata əsasən Dövlət Gömrük Komitəsi (DGK) bildirir ki, sıxlığın səbəbi Türkiyə Respublikasının “Dilucu” sərhəd-keçid məntəqəsində Yeni Kompüterləşdirilmiş Tranzit Sisteminin (NCTS) proqram təminatının yeni mərhələsinin tətbiqi ilə əlaqədardır.  

Sürücülərdən mövcud vəziyyəti nəzərə almaları xahiş olunur.

Hazırda “Sədərək” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və yaxın günlərdə nəqliyyat vasitələrinin sürətli keçidi tam təmin olunacaq.

XQ

Избранный
30
1
xalqqazeti.az

10Источники