RU

“Salyanski kazarma”nın zabitinə 10 il yarım həbs: 2 milyonluq əmlakı ALINDI

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik-leytenant Rəşad Məlikzadənin məhkəmə araşdırması başa çatıb. 

Redaktor.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Rafiq Abbasovun sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, polkovnik-leytenanta verilmiş ittiham məhkəmə istintaqı ilə təsdiqini tapıb.

Hökmə əsasən, R. Məlikzadə xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi şərti ilə 10 il 6 ay azadlıqdan məhrum edilib. Bundan başqa, onun üzərinə həbs qoyulmuş 2 milyon manata yaxın qiymətləndirilən əmlakı dövlətə dəymiş ziyanın bir qisminin əvəzi olaraq müsadirə edilib.

Qeyd edək ki, Rəşad Məlikzadə “Salyanski Kazarma” kimi tanınan Təlim və Tədris Mərkəzinin maliyyə işlərinə rəhbərlik edib.

Onun cinayətinin üstü isə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) orduda 143 milyonluq yeyinti faktı aşkarladıqdan sonra açılıb. İstintaqla müəyyən edilib ki, Məlikzadə ümumilikdə 9 milyon manat pul mənimsəyib, bu məbləğdən 848 min manatını dövlət büdcəsinə ödəyib (qafqazinfo.az). 

Избранный
2
3
redaktor.az

4Источники