RU

Bakının uğurlu ev sahibliyi:Azərbaycan polisi beynəlxalq tədbir zamanı nələr etdi? – MÜTƏXƏSSİS RƏYİ

Azərbaycan uzun müddətdir ki, beynəlxalq tədbirlərə ev sahibliyi edir. İndiyə qədər “Eurovision” musiqi yarışı, bir sıra idman yarışları üzrə dünya və Avropa çempionatları, Avropa oyunları, UEFA Avropa Liqasının final görüşü, 4-cü İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq turnirlərə ev sahibliyi etmək paytaxt Bakının bu istiqamətdə təcrübələrinin artmasına gətirib çıxarıb. Bütün bu təcrübələr artıq 2024-cü ildə Bakıya daha böyük, 80 minə yaxın turistə ev sahibliyi etməsi ilə nəticələnən beynəlxalq konfransa COP29-a ev sahibliyi etməsi ilə nəticələndi.

Tədbir başlamazdan aylar əvvəl Bakının nəqliyyat infrastrukturunda edilən dəyişikliklər, şəhərdəki ababadlıq və yenidənqurma işləri, aparılan hazırlıq tədbirləri şəhərdə vəziyyətin pisləşəcəyi ilə bağlı fikirlərin ortaya çıxmasına səbəb olmuşdu. Çəkilən avtobus zolaqları, COP29 loqolu xüsusi təyinatlı zolaqların yaratdığı çətinliklər narazılıqların artmasına gətib çıxardı. Azərbaycanın uğurlarına qarşı “allergik” reaksiyası oyanan istər yerli, istərsə də xarici anti-Azərbaycan xislətilə ömür sürən, xarici dairələrdən qrantlar hesabına “nəfəs alıb-verənlər” bu narazılıqlardan istifadə etməyə çalışaraq ölkədə xaosa nail olmağa çalışdı. Azərbaycan əleyhinə kampaniyalar təşkil edildi. Tədbiröncəsi alınan qərarların mənfi nəticəsinin olacağını düşünənlər bu məsələdə də “vay-şüvənlik” salmağa çalışdı.

Ölkəmiz bu beynələxalq konfransın da öhdəsindən uğurla gəldi. Ev sahibliyi mövzusunda bütün tədbirlərdə tapşırılanı qüsursuz yerinə yetirmək öhdəliyini layiqincə qarşılayan dövlət qurumları COP29-a dəvət olunan qonaqların da ölkəmizdən razı qalmasını tam təmin edə bildi.

Mövzu ilə bağlı Avtosfer.az-a müsahibə verən Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib ki, Azərbaycan xalqı COP29 beynəlxalq konfransı zamanı da öz qonaqpərvərliyini nümayiş etdirdi:

“Tədbir BMT-nin təşkilatçılığı ilə Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq konfrans idi. Bu tədbirdə də bir çox təşkilatların, bəzi ölkə başçılarının, eləcə də sapı özümüzdən olanların ürəkbulandırıcı addımlar atdılar, hərəkətlər etdilər. Lakin görünən bu oldu ki, bu tədbirlərin qarşısınıən alınması üçün Aəzrbaycanın hüquq-mühafizə orqanları, xüsusilə polis olduqca operativ, diqqətli, səlis, elə tədbirlər həyata keçirdilər ki, tədbirin uğursuzluqla nəticələnməsi üçün planlar quranların arzuları ürəklərində qaldı. Azərbaycan polisi bu professional davranışı ilə sübut etdi ki, ölkəmizdəki ictimai-siyasi həyatın bərqərar olunması və onun qorunmasında danılmaz rolu var. Tədbir zamanı arzuolunmaz davranışlarla yadda qalmağa çalışan, paytaxtın bu beynəlxalq konfransa uğurlu ev sahibliyi etməsinin əleyhinə addımlarla diqqəti öz üzərinə toplamağa çalışan bəzi xaricdən tapşırıqla danışıb-susanlar Azərbaycan polisinin çevik və qüsursuz reaksiyası nəticəsində heç bir nailiyyət əldə edə bilmədi. Yol polisinin peşəkarcasına ölkə yollarında yaratdığı vəziyyət, turistlərin paytaxtla bağlı dediyi “Bakıda tıxac görmədik” fikirləri onu deməyə əsas verir ki, bu gün Azərbaycan polisinin gəldiyi inkişaf mərhələsi dünyanın nəqliyyat sahəsindəki aparıcı ölkələrindəki vəziyyəti bu gün öz ölkəmizdə də yaratmaq mümkündür və bu istiqamətdə işlər görülür. Düşünürəm ki, Azərbaycan polisi bu beynəlxalq tədbir zamanı olduğu kimi, növbəti dövrdə də öz peşəkarlığını nümayiş etdirəcək və ölkənin sabitlik sütünü olmağa davam edəcək”.

Nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, COP tədbiri zamanı Bakıda dəhşətli bir tıxacın yaranmamasının əsas səbəbi paytaxtın təxminən üç istiqamətindən şəhərə girişin məhdudlaşdırılması olub. Onun sözlərinə görə, COP ərəfəsi sürücülər müxtəlif istiqamətlərə yönləndiriliblər:

“Yönləndirmə nəticəsində avtomobillər şəhərə eyni yerdən daxil olmurdular. Məsələn, maşınlar cənub istiqamətindən yalnız Bayıldan şəhərə gəlirdi və Azneft, Neftçilər prospekti istiqamətində tıxac yaranırdı. Eyni proses “20 Yanvar” istiqamətində də var idi. Çünki Şamaxı-İsmayıllı-Qəbələ, Quba-Qusar tərəfdən gələnlərin hamısı eyni zonadan şəhərə daxil olurdu. Nəticədə dəhşətli vəziyyət yaranırdı. Burada həm insanlarımızın vaxtında edilən müraciətlərə anlaşılan vəziyyətdə münasibət göstərməsi, həm də polisin fəaliyyəti həmahəng oldu, bir-birini tamamladı. Ona görə də nəticə arzuolunan idi. Çoxları pafoslu çıxışlar edir, dəhşətli tıxacın olacağını deyir, evdən çölə çıxmamağı məsləhət görürdü. Hətta evdən çölə xüsusi icazə ilə çıxacağımızı, şəhərdə hərəkət etmək üçün portal açdıracağımızın gərəkdiyini və s. deyənlər də var idi. Eynən pandemiya dövrüdə kimi. Təəssüf ki, bəzi media orqanları da bunların əlində alətə çevirilmişdi. Bu tip informasiyaların heç bir əsası olmasa da, amma müxtəlif başlıqlarla insanları narahat edən xəbərlər yayırdılar. Müəyyən insanlar belə xəbərləri oxuyub, COP29 ərəfəsi ölkədən çıxdılar, bölgələrə üz tutanlar oldu. Bir sözlə, insanlar fürsətdən istifadə edib, xarici ölkələrə, bölgələrimizə getdilər. Şəxsən yüzlərlə belə insan tanıyıram ki, COP29-un neqativ xəbələrindən xoflanıb, şəhəri tərk etmişdilər. Əslində, bu da tədbirə bir dəstək idi”.

Elməddin Muradlı polislə bərabər insanlarımızın da COP29 tədbirinə dəstək olduğunu qeyd edib:

“Fikrimcə, hər kəs bu tədbirə dəstək oldu və ortaya gözəl nəticə çıxdı. Təbii ki, burada əsas əziyyət çəkən qurumlardan biri polis idi və DİN bu işin öhdəsindən səmərəli şəkildə gəldi. Çünki idarəetmə mexanizmi düzgün qurulmuşdu, rəhbərliyin tapşırıqları vaxtında və dəqiq yerinə yetirildi. İş düzgün icra olunanda əlbəttə, nəticə yaxşı olur. Düşünürəm ki, digər günlərdə də bunu tətbiq etmək olar. Sadəcə, adi vaxtlarda nəqliyyat axını çoxdur. Həmin müddətdə universitetlərin, məktəblərin bağlı olduğunu nəzərə alaq. COP zamanı bir çox müəssisələrdə işçilərin sayı ixtisar olunmuşdu, yəni ən azı 30 faizi məzuniyyətə buraxılmışdı, bəziləri evdən işləyirdi və s. Bütün bunları nəzərə alanda müsbət nəticələri qeyd edə bilərik. Amma adi günlərdə universitetləri, orta məktəbləri necə bağlayaq?! Ümumiyyətlə, mən onlayn dərsin tərəfdarı deyiləm. Bu, keyfiyyətsiz bir mexanizmdir, xoş bir şey də deyil. Ona görə Bakını qaydaya salmağın yolları çox dərindir və işin ucu bölgələrin inkişafından keçir”.

Məsələ ilə əlaqədar hüquqşünas, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev saytımıza müsahibəsində deyib ki, Azərbaycan, genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, iqlim danışıqlarında tarixi nəticələr əldə edərək, beynəlxalq səviyyədə öz mövqeyini gücləndirməyi bacarıb:

“Ölkənin bu uğuru, onun davamlı inkişaf və qlobal ekoloji problemlərin həlli istiqamətində fəal rol oynamağa olan sadiqliyini göstərir. Eyni zamanda istər GOP 29 hazırlıq dövründə, istərsə də COP 29 keçirildyi günlərdə, COP üzrə yaradılmış Təşkilat Komitəsi, bütün dövlət orqanları,  həmçinin Vətandaş Cəmiyyəti təşkilatları üzərlərinə düşən vəzifələri yüksək peşəkarlıq və layiqincə yerinə yetirdilər. Bu proseslərdə Azərbaycan polsinin fəaliyyətini xüsüsi qiymətləndirilməlidir.

COP29-un keçirildiyi günlərdə Azərbaycan polisin fəaliyyətini bir neçə əsas istiqamətdə qiymətləndirmək olar. Bu fəaliyyətin səmərəli olması həm tədbir iştirakçılarının təhlükəsizliyinin təmin olunması, həm də şəhərin gündəlik həyatında demək olar ki, pozuntuların baş verməsində ilə özünü göstəridi”.

Hüqşünas həmçinin vurğulayıb ki, Azərbaycan polisin COP29 kimi qlobal əhəmiyyətli tədbirdə yüksək təhlükəsizlik standartlarının tətbiqi, həm yerli, həm də beynəlxalq iştirakçıların etimadını qazandı:

“Polis, tədbirin keçirildiyi məkanlarda və ətraf ərazilərdə mümkün riskləri vaxtında idarə edərək ciddi hadisələrin qarşısını aldı. İkincisi, daxili işlər orqanlarının fövqəladə hallara qarşı hazırlığı, onların yüksək  peşəkarlığının və təcrübəsinin göstəricisi idi. Üçüncü, polisin ictimai asayişin qorunmasında yüksək çevikliyi nümayiş etdirməsi xüsusilə vurğulamaq istərdim. Belə ki, şəhər daxilində nəqliyyatın yüksək səviyyədə fasiləsiz axını təmin olundu. Əvvəlcədən yol qapanmaları, xüsusi zolaqların istifadəsi və alternativ marşrutların yaradılması ilə bağlı məlumatlandırma işləri çox səmərəli və effektli idi. Həmçim bu günlərdə əhər sakinlərinin rahatlığ tam təmin rdildi.  Tədbirlərin miqyaslılıgının nəhəngliyinə  baxmayaraq, ( 80 minə yaxın tədbir iştirakçıları olmasına baxmayaraq) şəhər sakinlərinin gündəlik həyatında ciddi narahatlıq yaşanmaması, polisin fəaliyyətini yüksək səviyyədə təşkil etdiyini göstərirdi.

Polis əsasən "arxa planda" fəaliyyət göstərdi və iştirakçıların vətəndaşlarla qarşılıqlı münasibətlərində hər hansı bir gərginlik yaranmadı. Bu, polisin yumşaq güc yanaşmasını və səmərəli idarəetmə qabiliyyətini göstərir.

COP29-un yüksək beynəlxalq standartlara uyğun təşkil olunması, Azərbaycanın qlobal miqyasda nüfuzunu artırmaqla yanaşı, polisin də bu standartlara uyğun fəaliyyət göstərməsini nümayiş etdirdi.

Tədbir zamanı hər hansı ciddi insidentin qeydə alınmaması, polisin hazırlıqlı və peşəkar yanaşmasının nəticəsidir. COP29 zamanı özünün daha bir keyfiyyətini - İctimaiyyətlə yüksək səviyyəli kommunikasiya qurmaq nümünəsini göstərdi. Tədbirdən əvvəl və keçirilən günlərdə polisin məlumatlandırma işləri (alternativ yollar, təhlükəsizlik tədbirləri, şəhər sakinlərinin diqqətinə çatdırılan qaydalar) əhalinin prosesi tez bir mənimsəməsi və  uyğunlaşmasını asanlaşdırdı. Bu isəİctimaiyyətlə açıq və şəffaf ünsiyyətin qurulması polisin işinə inamı daha da artırdı

Əliməmməd Nuriyev sonda onu da qeyd edib ki, Azərbaycan polisinin COP29 zamanı fəaliyyəti yüksək səviyyədə təşkil olunmuş və beynəlxalq standartlara uyğun həyata keçirilmişdir. Polisin işi həm təhlükəsizlik təminatı, həm də şəhər həyatının adi axarını qoruyub saxlamaq baxımından uğurlu sayıla bilər. Bu, polisin hazırlığı, peşəkarlığı və müasir idarəetmə texnologiyalarından istifadəsinin göstəricisidir. Belə bir yanaşma gələcəkdə də böyük tədbirlərin keçirilməsində nümunə ola bilər.

Səfər

Избранный
43
avtosfer.az

1Источники