RU

Azərbaycan yığmasının futbolçusundan paylaşım

Azərbaycan yığmasının futbolçusu Anton Krivotsyuk “instaqram” hesabında paylaşım edib.

İdman.biz xəbər verir ki, “Tecon Sitizen"in şərəfini qoruyan 26 yaşlı müdafiəçi Cənubi Koreya çempionatının yekununu dəyərləndirib.

Krivotsyuk komandanı təmsil etməkdən fəxr hissi keçirdiyini bildirib: "2024 mövsümü bitdi. Vəzifəmizin öhdəsindən gəldik. Bunu necə bacardığımızı demək çətindir, amma birlikdə bacardıq. Mövsümboyu sizin dəstəyiniz əla idi. Siz buna layiqsiniz. Gəlin, növbəti mövsümə daha yaxşı hazırlaşaq və birlikdə hədəfə doğru irəliləyək. Cənubi Koreyanın ən yaxşı azarkeşləri olan klubunda çıxış etməkdən fəxr hissi keçirirəm".

Qeyd edək ki, 12 komandalı çempionatda “Tecon Sitizen” mövsümü 38 turdan sonra 48 xalla 8-ci pillədə başa vurub.

İdman.biz

Избранный
50
idman.biz

1Источники