RU

Azərbaycana avtomobil idxalı azalıb - Səbəb nədir?

Bu il ölkəyə idxal edilən avtomobillərin sayı nisbətən azalıb.

Belə ki, bu ilin ilk 10 ayında Azərbaycana 75 minə yaxın avtomobil idxal edilib. 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 8 % və ya 6483 ədəd azalıb, dəyəri isə 8 % və ya 110.4 milyon dollar artıb.

Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov "Xəzər Xəbər"ə deyib ki, idxalın azalmasının, gətirilən avtomobilin dəyərinin artmasının bir neçə səbəbi var. Əsas səbəb nisbətən ili təzə avtomobillərin ölkəyə gətirilməsi, istehsal ili köhnə olan avtomobillərin idxalına tətbiq edilən məhdudiyyətdir.

Bu ilin yanvar-oktyabr aylarında idxal olunan elektrik mühərrikli avtomobillərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 ədəd artaraq 2592 ədəd təşkil edib. Bu avtomobillərin alışı zamanı kredit güzəştlərinin olması sayın artmasının əsas səbəblərindəndir.

Избранный
33
17
news24.az

10Источники