İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində – Qərar
İstanbulda 70 kilo qızılla saxlanılan azərbaycanlı hərbi attaşe Qəhrəman Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Yeniavaz.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakıya gətirilən polkovnik-leytenant istintaqa cəlb edilib. Bildirilib ki, ilkin araşdırma sonrası ona qarşı Cinayət Məcəlləsinin 12.1 206.3.3 ( Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə külli miqdarda qaçaqmalçılıq), 12.1 341.1 (Azərbaycan Respublikasının ərazilərindən kənarda törədilməklə vəzifə səlahiyyətlərini aşma) və digər maddələrlə ittiham verilib: “Toplanmış məlumatlar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Bakı Hərbi Məhkəməsinin qərarı ilə Q.Məmmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib”.