RU

HP sədri: İnvestisiyalar üzrə statistik hesabatların təqdim olunmasında intizam problemləri var



Apardığımız təhlillər göstərir ki, ölkə üzrə əsas kapitala yönəldilən investisiyaların hesabatlılığının təkmilləşdirilməsinə ehtiyac var. Dövlət büdcəsinin investisiya xərclərini statistik hesabatlardakı müvafiq göstəricilər ilə müqayisə etmişik. Təhlil əhəmiyyətli fərqlərin olduğunu göstərir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov parlamentdə büdcə müzakirələri zamanı deyib.

Bildirib ki, fərqlərin səbəblərini araşdırmağa çalışmışıq:

"Fərqlərin bir hissəsi metodoloji yanaşmalarla bağlı olsa da, digər hissəsi bəzi qurumların statistika hesabatlarının təqdim etmə intizamındakı problemlərindən irəli gəlir. Qeyd olunan hallar sonda ölkənin makroiqtisadi göstəricilərinin doğruluğuna da təsir etməkdədir. Hesab edirik ki, bu məsələ ilə bağlı müxtəlif dövlət orqanlarının fəaliyyətindəki əlaqələndirmə bir qədər də gücləndirilməlidir".

Süleyman
Избранный
23
newscenter.az

1Источники