RU

Tramp bu sosial şəbəkəni nəzarətinə götürür

İlon Maskın hökumətdə yer alacağı açıqlandıqdan sonra sosial medianın müstəqilliyi yenidən gündəmə gəlib.

“İki sahil” xəbər verir ki, sosial media platformalarının neytrallığı və dövlətlərlə əlaqələri xüsusilə İlon Maskın "X" platformasında etdiyi dəyişikliklərlə yenidən gündəm mövzusu olub. 

Sosial media platformalarının neytrallığı və onların dövlətlə münasibətləri son illərin ən mübahisəli məsələlərindən birinə çevrilib. İstanbul Medipol Universiteti Humanitar və Sosial Elmlər Fakültəsinin müəllimi Faiq Tanrıkulu sosial medianın həm sosial transformasiyada hərəkətverici qüvvə, həm də xaosa katalizator ola biləcəyini vurğulayaraq, platformaların tərəfsizlik prinsiplərinə əməl etməkdə çətinlik çəkdiyini bildirib. 

Eyni zamanda, o, sosial platformalara Trampın şəxsən nəzarət edəcəyini də iddia edib. 

Избранный
17
5
ikisahil.az

6Источники