Vladimir Zelenski ilə Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski arasında ciddi münaqişə yaranıb.
SİA-nın məlumatına görə, bu barədə Leonid Kuçmanın keçmiş müşaviri Oleq Soskin özünün YouTube kanalında bildirib.O qeyd edib ki, Sırski müəyyən tapşırıqları yerinə yetirməsinə baxmayaraq, Zelenski ilə görüşlərə gəlməyi dayandırıb.
...Yəni indidən deyə bilərik ki, toqquşma sadə anlaşılmazlıqdan kənara çıxıb. Yəni artıq açıq ciddi münaqişə var. Və bu situasiyaya əsasən aydın olur ki, Sirski artıq Zelenskini yola salıb.
Bunu Soskin bildirib.
Onun fikrincə, Zelenski Ukrayna üzərində nəzarəti itirir və ordu rəhbərliyi tezliklə onun tabeliyindən çıxacaq.
Yada salaq ki, 2024-cü il martın 31-də Ukraynada prezident seçkiləri keçirilməli idi, lakin hərbi vəziyyətin uzadılması və ümumi səfərbərlik səbəbindən Kiyev seçkiləri keçirməmək qərarına gəlib.
Belə ki, Zelenski hazırda qeyri-legitim postunu tutur..?
Əli Babayev