RU

İran-Rusiya sazişi gecikir- şok səbəb...

Image

Sədrəddin Soltan: "Nə Çin, nə Şimali Koreya, nə də Rusiya İranın daimi strateji müttəfiqidir"

Artiq bir ilə yaxındir ki, İranla Rusiya arasında bağlanması gözlənilən strateji müttəfiqlik barədə saziş uzanır. Tərəflər razılaşdırılmayan məqamlar barədə hələ heç bir açıqlama verməyib. Amma bu iki ölkə rəsmilərinin az qala hər ay baş verən rəsmi təmaslarında bu saziş müzakirə edilir.

Bu günlərdə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, İranla gələcək strateji əməkdaşlıq müqaviləsi müdafiə və təhlükəsizlik məsələlərini də əhatə edəcək. TASS-a müsahibəsində Rudenko əlavə edib: “Yuxarıda qeyd olunan fundamental sənədin məzmunu və təfərrüatları barədə məlumat verə bilmərəm, ancaq onu qeyd edə bilərəm ki, o, dövrümüzün çağırış və tələblərinə cavab verir və Rusiya ilə İran arasında əməkdaşlığın, demək olar ki, bütün cari və perspektivli sahələrini əhatə edir”.

Siyasi şərhçi Sədrəddin Soltana belə bir sualla müraciət etdik ki, sizcə, sazişin  uzanmasının səbəbi Rusiyanın İranı özünə Qərbə qarşı daha yaxın hərbi-siyasi müttəfiqə çevirməsi, rəsmi Tehranın isə buna razılaşmaması ola bilərmi?

Siyasi şərhçi Sədrəddin Soltan bildirdi ki, İranla Rusiya arasında bağlanması gözlənilən strateji müttəfiqlik barədə sazişin 2024-cü ilin əvvəlində imzalanması nəzərdə tutulmuşdu: "Rusiya milli təhlükəsizlik şurasının katibi Sergey Soyqunun Tehrana davamli səfərləri məhz bu müqavilənin razılaşdırılması ilə bağlı idi. Lakin rəsmi mənbələrin məlumatına görə, İbrahim Rəisinin helikopter qəzasında həlak olması bu müqavilənin vaxtının uzanmasına səbəb olub. Rusiya tərəfi hesab edirdi ki, müqaviləni bu ilin yazında imzalayacaq, amma mayda baş verən qəza və onun ardınca keçirilən prezident səçkiləri sənədi diqqətdən kənarda qoydu. Rusiya həmin vaxt da bəyan etdi ki, sənəd prezident seçkilərindən dərhal sonra imzalanacaq. Rusiya Xarici İşlər Nazirliyi ötən üç ay ərzində dəfələrlə bəyan edib ki, razılaşma müqaviləsi tezliklə imzalanacaq, lakin bu baş vermir.

Müqavilənin imzalanmamsının əsas səbəbi orada nəzərdə tutulan şərtlərdir. Çünki Rusiya İranla imzalamaq istədiyi müqavilənin Şimali Koreya və Vyetnamla imzaladığı müqavilələrin analoqu olmasını nəzərdə tutur. Yəni Moskvanın imzalamaq istədiyi müqavilənin şərtlərinə görə, Rusiyanın ərazisinə hücum İranin ərazisinə hücum deməkdir və bu ölkələr bir-birinə hərbi qüvvə ilə yardım etməlidir. Başqa sözlə desək, Rusiya istəyir ki, bu müqavilə əsasında İran ona canlı qüvvə, döyüşən əsgər versin.

Hesab edirəm ki, vacib hədəf hərbi sahədə əməkdaşlığa dairdir.

İran hakimiyyəti hazirki mərhələdə Avropanın Böyük Britaniya-Fransa-Almaniya üçlüyü ilə nüvə proqramı və s. məsələlərdə razılıq əldə etmək istəyir. İran bilir ki, Rusiya ilə hər hansı hərbi əməkdaşlığa dair müqavilə onu Qərbdən uzaqlaşdıracaq. Bu isə İranın perspektivdə Rusiya və Çindən asılı vəziyyətə düşməsi ilə nəticələnə bilər.

Digər tərəfdən, İran Qərbin, xüsusilə Avropa İttifaqının siyasi dəstəyindən asılıdır. Avropa İttifaqı (Aİ) ilə ABŞ-nin regiona yönəlik siyasətindəki fərq İrana Aİ ilə tərəfdaşlıq etməyə imkan yaradir. Rusiya ilə bu müqavilə isə İranla Aİ arasındakı münasibətlərə əngəl ola bilər. İran müqaviləni imzalamamaqla və ya onun şərtlərini yüngülləşdirməklə Qərblə münasibətlərə daha çox üstünlük verir. Çünki perspektivdə İran hakimiyyətinin Qərblə munasibətləri normallaşdırmağa daha çox ehtiyacı var.

Sanksiyalar və beynəlxalq siyasi təzyiqlar altında olan Rusiya və Şimali Koreya ilə bir blokda yer almaq İrana indiki düşdüyü vəziyyətdən çıxış yolu kimi lazımdır. Lakin nə Çin, nə Şimali Koreya, nə də Rusiya İranın daimi strateji müttəfiqidir. Rusiya isə çalışır ki, İran ona strateji müttəfiq olsun. Bu da İranin maraqlarına uyğun deyil".

Dəniz NƏSİRLİ





Избранный
15
baki-xeber.com

1Источники