RU

Dünya xalqlarının gözəllik anlayışı - Tək qaşlar, iri dodaqlar...

Xalqların fərqli adət-ənənələri müxtəlif olduğu kimi, zövqləri və baxış bucaqları da fərqlidir. Tarixi proseslər və insanların dəyər anlayışından asılı olaraq, hansısa cəmiyyətdə müsbət qarşınan bir tərz, başqa bir toplumda olduqca mənfi reaksiyalarla qarşılana bilir. Məhz bu baxımdan, dünya xalqları arasında “gözəllik” anlayışı da bir-birindən kəskin fərqlənməkdədir.

News24.az Yenisabah.az-a istinadla Yer üzündə olan bəzi xalqların qəribə gözəllik zövqləri ilə bağlı maraqlı məlumatları təqdim edir:

Koreya və Yaponiyada solğun bənizlər gözəllik simvoludur. Bu ölkələrdə yaşayan xanımlar arasında daha ağbəniz və solğun üz cizgiləri olan xanımlar daha gözəl və cazibədar hesab edilir.

Mavritaniyalılar üçün isə arıq xanımlar çirkin sayılır və 60 kiloqramdan aşağı olan qızların evlənməsi qeyri-mümküdür. Ölkədə keçirilən gözəllik yarışmalarında hər zaman ən yüksək çəkili xanımlar qalib olur.

Afrika qitəsinin sakinləri üçün gözəlliyin pik həddi qalın dodaqlardır. Məhz buna görə bir çox qəbilə qadınları dodaqlarına yumru formada halqalar yerləşdirir və bu sayədə istənilən gözəllik standartlarına sahib olur. 

Taciklər arasında xanımların nazik qaşlı olması çirkinlik mənasına gəlir. Buna görə də tacik qızları qaşlarını almır və daha çox “təkqaşlı” olmağa üstünlük verirlər. Bir çox cəmiyyətlərdə iyrənc görüntü sayılan qaş birləşməsi taciklərdə gözəlliyin əsasını təşkil edir.

Избранный
33
news24.az

1Источники