RU

Rusiya “Telegram”ı cərimələyib

Moskvanın Taqanski Məhkəməsi "Telegram” messencerinə 7 milyon rubl (115 min manat – red.) məbləğində inzibati cərimə kəsib.TASS xəbər verir ki,bu barədə məhkəmənin Mətbuat Xidmətindən məlumat verilib.

"Moskvanın Taqanski Rayon Məhkəməsinin qərarı ilə "Telegram” şirkəti Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 2-ci hissəsinə (sayt sahibinin internet saytındakı məlumatları belə məlumatların silinməsi öhdəliyi Rusiya Federasiyasının qanunvericiliyi ilə nəzərdə tutulduğu halda silməməsi) uyğun olaraq inzibati xəta törətməkdə təqsirli bilinib. Şirkətə 7 milyon rubl məbləğində cərimə kəsilib”, - məlumatda deyilib.
www.anews.az
Избранный
30
anews.az

1Источники