RU

QHT-dən qadın zorakılığına qarşı mübarizəyə dəstək - FOTOLAR

25 noyabr – Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə "Təmas" Regional İnkişaf İctimai Birliyi bir sıra maarifləndirici tədbirlər keçirib. İctimai birliyin icraçı direktoru Kübra Ələkbərova, QHT.az-a verdiyi açıqlamada zorakılığa qarşı mübarizənin əhəmiyyətinə toxunub:

"Zorakılığa qarşı mübarizə qadınların hüquqlarını qorumaq, onların təhlükəsizliyini təmin etmək və ədalətli bir cəmiyyət qurmaq hər birimizin üzərinə düşən məsuliyyətdir. Birlikdə daha güclüyük! Qadınlara qarşı zorakılığa 'YOX!' deyirik."

Bu çərçivədə "Təmas" İctimai Birliyinin əməkdaşları Gəncə 1 saylı Peşə MəktəbindəGDU-nun Xarici Dillər Fakültəsində məlumatlandırma sessiyaları keçirib. Sessiyalarda zorakılığın təsirləri, qadın hüquqları və zorakılığın qarşısının alınması istiqamətində maarifləndirici məruzələr təqdim edilib.

Tədbirlərdə iştirakçılara məişət zorakılığının səbəb və nəticələri, bu halların qarşısını almaq üçün cəmiyyətin və fərdlərin rolu barədə geniş məlumat verilib. İştirakçılar həmçinin qadınlara dəstək mexanizmləri, o cümlədən zorakılıq hallarında müraciət edilə biləcək qurumlar haqqında məlumatlandırılıblar.

"Təmas" İctimai Birliyi bu kimi maarifləndirmə tədbirlərinin davamlı şəkildə təşkil ediləcəyini vurğulayaraq qadınların hüquqlarının qorunması istiqamətində fəaliyyətini genişləndirmək niyyətindədir.

Избранный
46
qht.az

1Источники