İş adamı İlon Mask Angela Merkelin tənqidlərinə cavab olaraq onun soyadını təhrif edib...
Poliqon xəbər verir ki, “SpaceX” və “Tesla” şirkətlərini idarə edən amerikalı milyarder İlon Mask özünə məxsus X sosial şəbəkəsində Almaniyanın keçmiş kansleri Angela Merkelin tənqidlərinə kəskin reaksiya verib.
“Bu Angela Merkin kimdir?” deyə iş adamı Merkelin Maskın kosmosdakı bütün peyklərin 60%-nə nəzarət etdiyi barədə bəyanatına cavab olaraq yazıb. Bundan əlavə, alman siyasətçi sahibkarın siyasi baxışlarından ciddi narahat olduğunu bildirib.
Buna cavab olaraq Mask sabiq kanslerin soyadı ilə uzlaşan seks sənayesindən olan “merkin” sözündən istifadə edərək pubik tükləri təqlid etmək üçün istifadə edilən pariklərə eyham vurub.
Poliqon.info