Tramp Epşteynin yeni hökumət təyinatlarına təsiri ilə bağlı xəbərlərə reaksiya verib...
Poliqon xəbər verir ki, ABŞ prezident seçkilərinin qalibi Donald Tramp “Just The News” nəşri ilə söhbətində onun müşaviri Boris Epşteynin gələcək prezidentin dövlət vəzifələrinə namizədlər seçiminə təsir göstərməklə qazanc əldə etməyə çalışmaqda ittiham edilməsi ilə bağlı mətbuatda yayılan xəbərlərə cavab verib.
“Hesab edirəm ki, hər prezidentin yanında vəziyyətdən pul qazanmağa çalışan insanlar var. Ayıbdır, amma bu baş verir. Heç kim dəstək bəyanatı və ya namizədlik vəd edə bilməz, çünki bütün bu qərarları mən özüm verirəm”, deyə Tramp bildirib.
Seçilmiş prezident qeyd edib ki, heç bir əməkdaşının belə hərəkətlərindən xəbəri yoxdur.
Poliqon.info