RU

Bunsuz müharibə bitməyəcək - Kiyev

Ukraynanın Avropa Birliyinə (AB) və NATO-ya üzvlüyü olmadan müharibənin başa çatması mümkün deyil.

Axar.az xəbər verir ki, bunu Ukrayna Baş nazirinin Avropa və Avroatlantik inteqrasiya üzrə müavini, ədliyyə naziri Olqa Stefanişina deyib.

Onun sözlərinə görə, ABŞ-ın hazırkı administrasiyası Ukraynanı NATO-ya dəvət etmək fürsətindən istifadə etməyib və hazırda Kiyev bütün diqqətini Ağ Evin yeni rəhbəri Donald Trampın vəd etdiyi planı həyata keçirməyə cəmləşdirir.

“Ancaq bizim hamımızın – Ukrayna xalqının və Ukrayna prezidentinin prinsipial mövqeyi ondan ibarətdir ki, Ukraynanın AB və NATO-ya üzvlüyü olmadan müharibəyə son qoymaq mümkün deyil”, – Stefanişina vurğulayıb.

Избранный
30
3
axar.az

10Источники