RU

"TÜRKPA ilə koordinasiyalı fəaliyyət göstərməkdən hər zaman böyük məmnuniyyət duymuşuq" - FOTO

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birinci prezidenti Günay Əfəndiyeva Türk Dövlətləri Parlament Assambleyası (TÜRKPA) tərəfindən "TÜRKPA-nın 15-ci il dönümü: Keçmişin təcrübəsi, bu günün reallıqları və gələcək perspektivlər" mövzusunda keçirilən konfransda iştirak edib.
 
Tədbirdə çıxış edən Günay Əfəndiyeva TÜRKPAnı 15-ci il dönümü münasibətilə təbrik edərək, təşkilatın müasir dövrdə Türk dövlətlərini bir-birinə yaxınlaşdıran əhəmiyyətli bir platformaya çevrildiyini qeyd edib.
 
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birinci prezidenti bildirib ki, 2008-ci ildən fəaliyyətə başlayan TÜRKPA Türk dövlətlərinin parlamentləri arasında əlaqələri inkişaf etdirməklə Türk Dünyasında tarixi bağların möhkəmləndirilməsinə önəmli töhfələr verib.
 
Günay Əfəndiyeva Türk Əməkdaşlıq Təşkilatlarının ən gənci olan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun TÜRKPA ilə qarşılıqlı əlaqələrindən bəhs ederək, vurğulayıb: “TÜRKPA ilə koordinasiyalı fəaliyyət göstərməkdən, istər ikitərəfli münasibətlərimizdə, istərsə də layihələrimizdə biraraya gəlməkdən hər zaman böyük məmnuniyyət duymuşuq. Qurduğumuz və yüksək səviyyələrə çatdırdığımız tərəfdaşlıq münasibətlərimiz Türk Dünyasında qardaşlıq ruhunun və ortaq gələcək inşa etmək iradəsinin təcəssümüdür”.
 
Tədbirdə TÜRKPA-ya üzv dövlətlərin parlamentlərinin sədrləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, millət vəkilləri, beynəlxalq təşkilatların rəhbər və təmsilçiləri iştirak ediblər.
Избранный
367
50
Источники
Комментарий ()
Закрывать