Gəncə stansiyasından 41 km şimal-şərqdə Mingəçevir su anbarında noyabrın 26-da zəlzələ qeydə alınıb. Yeniavaz.comxəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb. Qeyd edilib ki, yerli vaxtla saat 09:16-da qeydə alınan yeraltı təkanların maqnitudası 3,1-ə bərabər olub.