Yaponiyanın yüngülçəkili raketi kosmos proqramı üçün ikinci sınaq uçuşunu həyata keçirib.
KONKRET.az Bloomberq-ə istinadən xəbər verir ki, sınaq bu dəfə də uğursuz olub. Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) bəyanatında deyilir ki, “Epsilon S” raketinin ikinci pilləli mühərriki Kaqoşima prefekturasının cənub-şərqindəki Taneqaşima Kosmik Mərkəzində yerüstü sınaqdan 49 saniyə sonra nasazlıqla üzləşib.
Vəli Həsənoğlu,
KONKRET.az