RU

Yeni Zelandiyada 30-dan çox pilot balina sahilə çıxıb

Trend. Bakı:

Yeni Zelandiyanın şimalında yerləşən Ruakaka çimərliyində sahiləçıxmış 30-dan çox pilot balina yerli Maori qrupu “Patuharakeke”ninrəhbərliyi ilə xilas edilib.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, balinaların əksəriyyəti yenidəndənizə qaytarılsa da, üçü yetkin və biri balaca olmaqla dördü tələfolub.

Məlumata əsasən, xilasetmə əməliyyatında iştirak edənlərbalinaları xüsusi parçalarla qaldıraraq dənizə daşıyıblar.“Patuharakeke” qrupu gecə boyunca sahildə qalaraq balinalarınyenidən sahilə çıxmadığından əmin olub. Hadisədən sonra təkrarsahilə çıxma müşahidə edilməyib.

Qeyd edək ki, Yeni Zelandiya balinaların sahilə çıxmahadisələrinin ən çox baş verdiyi ölkələrdən biridir. 1840-cı ildənbəri ölkədə 5000-dən çox belə hadisə qeydə alınıb. Ən böyük hadisə1918-ci ildə Çatem adalarında təxminən 1000 balinanın sahiləçıxması ilə baş verib.

Məqalədə:
Избранный
10
1
az.trend.az

2Источники