RU

Aİ üzərinə düşən yükdən yayınmağa çalışdı- ÖZƏL

"Avropa İttifaqının komissiya sədri Ursula fon Der Lyayenin Bakıya gəlməməsinin əsas səbəbi Avropa strukturlarında antiazərbaycan mövqeyinin güclü olması və daxildə öz siyasi mövqeyini möhkənləndirmək üçün məhz bu addımı atmasıdır . Avropa İttifaqının digər problemi  Aİ-yə daxil olan digər ölkələrin iqlim dəyişikliklərinə verdiyi zərərli töhfələrin nəticələrinin aradan qaldırılmasına, eyni zamanda inkişaf etmiş ölkələr kimi Aİ ölkələrinin də maliyyə məsələlərində ciddi rol almaları vacibdir". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"Fon der Lyayen məhz iki səbəbdən səfərdən yayınıb. Birincisi, qeyd etdiyimiz kimi siyasi məsələlərlə bağlı idi. Aİ də Azərbaycana qarşı bir kampaniyanın tərkib hissəsi kimi dəyərləndirilməlidir. İkincisi, Aİ iqlim dəyişikliklərinin aradan qaldırılması ilə bağlı Bakı Konfransında maliyyə hədəfləri ilə bağlı üzərinə düşəcək yükdən qaçmağa çalışdı".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
29
olaylar.az

1Источники