RU

KiyevTrampı Ukraynanı dəstəkləməyin faydalarına inandırmağa hazırlaşır- ÖZƏL

Olaylar.az xəbər verir ki, Kiyev  ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampı, Ukraynanın davamlı dəstəyinin Vaşinqtona faydalı olacağına inandırmağa çalışacaq. 

Məlumatda qeyd olunur ki, qarşıdan gələn qeyri-müəyyənlik şəraitində, Ukrayna məmurları və şirkət rəhbərləri, Trampı "güclü bir Ukrayna"nın onun siyasi məqsədlərinə faydalı olacağına inandırmaq üçün strategiyalar hazırlayırlar. Onlar  Ukraynanı ABŞ və onun maraqları üçün "gəlirli və geostrateji imkan" olaraq təqdim etməyi planlaşdırırlar.

Həmçinin, Ukrayna məmurları ölkənin təbii sərvətlərini ABŞ biznesi üçün "məhsuldar imkanlar" kimi təqdim etməyə çalışırlar.

Dövlətə xəyanət ittihamı ilə həbsdə olan Ukrayna Ali Radasının deputatı Aleksandr Dubinski, Trampa qarşı ciddi bir tələ qurulduğunu bildirmişdi. Eyni zamanda, türkiyəli siyasətçi Doğu Perinçek, Rusiya ordusunun döyüş sahəsindəki uğurlarını və Kiyevin çətin vəziyyətə düşməsini nəzərə alaraq, ABŞ-nin Ukrayna münaqişəsi ilə bağlı geri addım atmağa məcbur olacağını düşünür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
14
olaylar.az

1Источники