RU

Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanlarının və kəşfiyyat xidmətlərinin rəhbərlərinin müşavirəsi başlayıb

Moskvada MDB ölkələrinin təhlükəsizlik və xidmətləri rəhbərlərinin müşavirəsinin 20-ci iclası başlayıb. 

Missiya.Az xəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib ki, sessiya iştirakçıları birgə işin nəticələrini və gələcək əməkdaşlığın prioritetlərini müzakirə edəcəklər.

Toplantıda Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Daşqın HəsənovMissiya.Az

Избранный
20
missiya.az

1Источники