RU

Estoniya Aİ ölkələrinin Ukraynaya qoşun göndərməsinə QARŞI ÇIXDI

Son zamanlar Avropa liderləri Ukraynaya təlim və yardım üçün qoşun göndərib-göndərməməyi müzakirə edir.

 

Sfera.az bildirir ki, bununla bağlı fikirlərini bölüşən Estoniyanın müdafiə naziri Hanno Pevkur müttəfiqlərin Ukraynaya qoşun göndərməsi ideyasına qarşı çıxıb.

 

 Bu barədə Amerikanın “Hill” nəşri məlumat yayıb.

 

Müdafiə naziri bu cür hərəkətlərin potensial risklərinin mümkün faydalardan daha çox olduğunu vurğulayıb. “Ukrayna kadr çatışmazlığı ilə üzləşsə və əhval-ruhiyyəni qorumaq üçün mübarizə aparsa belə, bu addım təhlükəlidir” - Pevkur qeyd edib. 

 

Nazir həmçinin bildirib ki, vəziyyətin mürəkkəbliyi və istənilən hərbi qərarların tam nəticələri diqqətlə hesablanmalıdır. 

 

Günay  
 

Избранный
21
1
sfera.az

2Источники