RU

Günümüzün bəlası: Dönərdən hansı hallarda zəhərlənirik? – Ekspert AÇIQLADI

Zaqatalada dönərdən zəhərlənmə olub.

Busaat.az xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, boyabrın 25-də axşam saatlarında rayonun Cobankol kənd sakini, 1999-cu il təvəllüdlü İlqar Əhmədov, rayonun Mosul kənd sakini, 2007-ci il təvəllüdlü İradə Əsadullayeva və rayonun Qazangül qəsəbə sakini, 2016-cı təvəllüdlü Əli Atayev qida zəhərlənməsi əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) təcili yardım şöbəsinə daxil olublar.

Onların dönərdən zəhərləndikləri ehtimal olunur. Hər üç şəxsə lazımi tibbi yardım göstərilib. Göstərilən yardımdan sonra vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıblar.

TƏBİB-dənbildirilib ki, onlara dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi, dispepsiya diaqnozu təyin edilib və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri stabil qiymətləndirilən hər üç şəxs ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

Ümumiyyətlə, son zamanlar dönərdən zəhərlənmə halları artıb. Bu hal artıq insanlarda dönər alan zaman narahatlıq, inamsızlıq yaratmağa başlayıb.

Dönərdən hansı hallarda zəhərlənirik? Dönər alarkən nələrə diqqət etməliyik?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən qida eksperti Asim Vəliyev bildirib ki, dönərdən zəhərlənməyə onun tərkibində olan ət, mayonez, pomidor və xiyar səbəb ola bilər:

“Dönərxanaların ətlərin hardan aldığına nəzarət olmalıdır. Ətdəki mikroorqanizmlərdə çirklənmə, yaxud tam bişməmiş ola bilər. Təbii ki, bunlar ilkin versiyalardı, daha dəqiq laboratoriyanın nəticələrindən sonra bilinəcək”.

image-qida-ekk

Asim Verdiyev, qida eksperti

Ekspert bildirib ki, dönəri aldığımız zaman satıcının nə dərəcədə gigiyena normalarına əməl etdiyinə, əlcəkdən, bonedən, xüsusi geyim önlüyündən istifadə edib-etmədiyinə nəzarət etməliyik:

“Dönərdə istifadə olunan məhsullar yüksək risk qrupuna aid qidalar olduğu üçün mütləq şəkildə saxlanmasına xüsusi diqqət yetirməliyik. Təəssüf ki, çox vaxt dönərxanalarda bu kimi hallar nəzərə alınmır”.

Избранный
2
1
busaat.az

2Источники